30.07.2025, 09:16
226 baxış
Lamiyə
Zəlzələdən sonra bu bölgədə dörd sunami dalğası baş verib
Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə baş verən güclü zəlzələdən sonra Severo-Kurilskdən dörd sunami dalğası keçib.
Medianews.az xəbər verir ki, xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Ovsyannikov bildirib.
Onun sözlərinə görə, zəlzələ ciddi, səkkiz baldan yuxarı olub. Bundan sonra dörd sunami dalğası 200 metrə qədər sıçrayışla keçib. Regional fövqəladə hallar xidmətləri dalğaların hündürlüyünün üç metri, ən güclünün isə beş metrə çatdığını bildirib.
Hazırda Severo-Kurilski rayonunda fövqəladə vəziyyət elan edilib. Hadisənin miqyasına baxmayaraq, Saxalində itki yoxdur.
Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü yeraltı təkanlar olub.
Medianews.az