29.07.2025, 10:24
150 baxış
Nailə
Şəkidə DAVA: iki nəfər bıçaqlandı
Şəki rayonunda iki nəfər bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Şin kəndi ərazisində baş verib. Kənd sakini Qərib Nəcəfov mübahisə zəminində həmkəndliləri - 72 yaşlı Cəlil Məmmədov və 68 yaşlı İlyas Həsənovu bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.