Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında deyib ki, AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” dövlət standartının qəbul edilməsi süni intellekt texnologiyalarının ölkədə etibarlı, məsuliyyətli və sistemli şəkildə tətbiqi istiqamətində mühüm addımdır:
“Bu sənəd süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi proseslərinə dair beynəlxalq yanaşmalara əsaslanır. Eyni zamanda, etik prinsiplərə riayət, risklərin idarə olunması və şəffaflığın qorunması bu standartın əsas istiqamətləri kimi müəyyən edilib.
Bu prosesi əhatə edən AZSTAND/TK 05 Texniki Komitəsinin bir üzvü kimi, həmin sənədin hazırlanması və təsdiqi mərhələsində iştirak etmək mənim üçün həm peşəkar, həm də şəxsi baxımdan əhəmiyyətli oldu”.
E.Abbasovun sözlərinə görə, AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” dövlət standartının qəbul edilməsi 2025-2028-ci illərin süni intellekt strategiyası çərçivəsində ölkədə rəqəmsal inkişafın daha dayanıqlı və etibarlı əsaslar üzərində qurulmasına dəstək verir.
Qeyd edək ki, yeni dövlət standartı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.5-ci yarımbəndinin icrası məqsədilə qəbul edilib.
Nailə Qasımova,
Medianews.az
29.07.2025, 08:17
207 baxış
Azad
Azərbaycanın süni intellekt standartı – Nəyə xidmət edir?
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 42001:2025 “İnformasiya texnologiyası – Süni intellekt – İdarəetmə sistemi” dövlət standartı qəbul edilib.
AZSTAND-dan bildirilib ki, yeni standart süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunması, etik prinsiplərə riayət edilməsi və şəffaflığın qorunması tələblərini müəyyənləşdirir. Eyni zamanda süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsinə dair ən müasir alqoritmləri və yanaşmaları əhatə edir.
Yeni dövlət standartı İnformasiya-kommunikasiya texnologiyalarının standartlaşdırılması üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və adıçəkilən institut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Paylaş: