O bildirib ki, bu yanaşma hər bir vətəndaşın rahat şəkildə hüquqlarından yararlanması və dövlətə əlçatanlıq prinsiplərinin təmin edilməsi üçün fundamental şərtdir: “Təəssüf ki, hələ də bir çox dövlət qurumunda fiziki xidmətlərə üstünlük verilir və rəqəmsal alternativlər ya mövcud deyil, ya da kifayət qədər geniş və funksional şəkildə təqdim olunmur. Bu da vətəndaşları bir çox halda çətin və çaşqın vəziyyətə salır. Məsələn, ötən həftə əmlak xidmətləri ilə bağlı ASAN Xidmətə müraciət edən vətəndaşların 3 gün ərzində xidmət ala bilmədiklərini eşitdim. Müraciətlərdən sonra ilkin olaraq mygov portalına baxdım və bəzi məlumatların oradan əldə edilə bildiyini gördüm. Lakin daha sonra məlum oldu ki, fiziki xidmətlər rəqəmsal mühitə nisbətən daha geniş əhatəyə malikdir. Yəni rəqəmsal transformasiya yalnız xidmətin bir hissəsini əhatə edir”.
E.Abbasovun sözlərinə görə, bu nümunə göstərir ki, rəqəmsallaşma yalnız “var” deməklə bitmir: “Əsas məsələ fiziki xidmətlə eyni dərəcədə funksional və tam əhatəli rəqəmsal alternativin təmin edilməsidir. Vətəndaşlar seçim imkanına malik olmalı, bu seçimlər bərabər səviyyədə keyfiyyətli təqdim edilməlidir”.
Nailə Qasımova,
Medianews.az
29.07.2025, 12:40
197 baxış
Azad
Azərbaycanda rəqəmsallaşma: “var” deməklə iş bitmir - Ekspert
“Müasir dövrdə dövlət-vətəndaş münasibətlərində xidmətlərin həm fiziki, həm də elektron formada təqdim edilməsi artıq bir üstünlük deyil, zəruri və vacib məsələdir”. Bunu Medianews.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyib.

Paylaş: