Medianews.az
Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – <span style=color:red> AÇIQLAMA
102 baxış

Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb. Bizim.Media xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü (səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə, faizlə) aşağıdakı kimi olub: İnformasiya və analitik proqramlar - 23,80% Musiqi və əyləncə janrında proqramlar - 16,00% İdman proqramları - 15,80% Kommersiya materialları (reklamlar, sponsor təqdimatları, teleticarət formatlı materiallar) - 11,60% Mədəni-maarif janrında proqramlar - 8,40% Seriallar (xarici istehsal) - 4,40% Bədii filmlər (xarici istehsal) - 3,80% Anonslar və yayımçının elanları -3,60% Sosial yönümlü proqramlar - 3,10% Seriallar (yerli istehsal) - 2,90% Sənədli filmlər - 2,60% Bədii filmlər (yerli istehsal) - 1,90% Sosial çarxlar - 1,10% Cizgi filmləri və uşaq proqramları - 1,00% Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub: 24,5% - informasiya və analitik proqramlar 16,4% - musiqi və əyləncəli proqramlar 15,8% - idman proqramları 12,0% - bədii filmlər və seriallar 11,8% - reklam məzmunlu materiallar 8,3% - mədəni-maarif janrında proqramlar 3,6% - anonslar, elanlar 3,3% - sosial proqramlar 2,3% - sənədli film və materiallar 1,1% - sosial çarxlar 0,9% - uşaq proqramları və cizgi filmləri

Bizə qoşulun