- Son illərin ən mühüm texnoloji nailiyyətlərindən olan süni intellekt artıq hər sahəyə, cəmiyyətin hər təbəqəsinə sirayət edir. Süni intellektin uşaqlara təsiri də qaçılmaz bir reallığa çevrilib. Süni zəkanın uşaqların inkişafına psixoloji təsiri necə dəyərləndirilə bilər?
- Süni intellektin uşaqlar üçün həm mənfi, həm də müsbət tərəfləri var. Biz uşaqlara süni intellektdən düzgün istifadə etməyi öyrətsək, tutalım, ChatGPT və başqa proqramlar sayəsində onlar böyük bir bilgiyə çata bilərlər. Uşaqlar sual verməyi xoşlayırlar. Xüsusən erkən məktəbli dövründə. Vaxtlarını video oyunlara sərf etməkdənsə suallarını ChatGPT-yə verib geniş bilik qazana bilərlər.
Süni intellektin uşaqlar üçün ziyanlı tərəflərindən biri isə bu sayaq proqramların yaradıcılıq qabiliyyətini zəiflətmək, az qala məhv etmək təhlükəsi doğurmasıdır.
Başqa mənfi cəhətə də toxunmaq istərdim. Müşahidə etmişəm ki, bir çox valideyn uşaqlara yazılan dərmanları, o cümlədən yeniyetmələr onlara məsləhət görülən dərmanları ChatGPT-də araşdırırlar. Halbuki axtarış sistemləri həkimi əvəz edə bilməz. Çünki həkim xəstəyə fərdi yanaşır. Həlim dərmanı, onun dozasını yaş xüsusiyyətləri, yan xəstəliklər və bir çox başqa faktoru nəzərə alaraq təyin edir. Süni intellekt, yaxud digər proqramlar bu cəhətdən xəstəyə yanlış məlumatlar, tövsiyələr təqdim edə bilər. O zaman artıq ümidsizlik baş qaldırır. “Ay, bu ağır xəstəliklərə yazılan dərmandır. Deməli, vəziyyətim çox pisdir, sağalmayacam” kimi səhv düşüncələr ortaya çıxa bilər. Hətta bu səbəbdən psixiatrın yazdığı dərmanlardan imtina edənləri görmüşəm. Deyirlər, yox, dərman içmək istəmirəm. Ona görə onlayn məkanda heç də hər araşdırma bizə yaxşı nəticə vermir.
- Süni intellektin yaradıcılıq qabiliyyətinə mənfi təsirini qeyd etdiniz. ChatGPT, “Siri” kimi süni zəka proqramları uşaqlarda sərbəst düşünmə, yaradıcı axtarışda olma, qərarvermə kimi xüsusiyyətləri necə zəiflədə bilir?
- Ümumiyyətlə öncə uşaqların qərarvermə və analitik düşünmə bacarıqları üzərində işləmək, sonra onları ChatGPT, “Siri” kimi texnologiyalarla tanış etmək lazımdır. Ona görə ki, uşaq qarşısına çıxan variantlar arasında mexaniki seçim etməsin, öz seçim azadlığını, iradəsini ortaya qoysun, öz fikrinin, yanaşmasının unikal olduğunu yaddan çıxarmasın. Əgər biz bunu öyrətmədən uşağı süni zəka ilə üz-üzə qoysaq, o zaman uşağın beynində belə bir yanlış düşüncə formalaşacaq ki, yaxşısını proqram bilir, daha mən niyə əziyyət çəkib götür-qoy edim ki... Nəticədə hər şeyi süni intellektlə həll etməyə alışacaqlar. Məsələn, görürük ki, tələbələrin çoxu daha öz təqdimatlarını nəinki orijinal üsulda dizayn etməyə çalışmırlar, hətta bunu ümumiyyətlə bacarmırlar, müstəqil şəkildə təqdimat hazırlaya bilmirlər, çünki bu işi tamamilə “PoverPoint” kimi proqramların öhdəsinə buraxıblar.
Deməli, məntiqi düşüncə, analitik bacarıqlar üzərində işlənməsə, proqramlar tələbələrdə, gənclərdə, yeniyetmələrdə yaradıcılıq, qərarvermə, plagiatsız çalışma qabiliyyətini tamam sıradan çıxara bilər.
- Süni intellekt uşaqlarda reallıqla virtual dünya arasındakı sərhədləri necə dəyişir?
- Təsəvvür edin uşaq, yeniyetmə elə bir vəziyyətə gəlib ki, artıq tək özü imiş kimi yaşamır. Çünki özünün qərar vermək, yaradıcı proses həyata keçirmək bacarığı yoxdur. Bir şey haqqında fikirləşən kimi ChatGPT-yə yazır görsün proqram nə deyir. Özündən soruşanda görürsən ki, heç nəyə dair tutarlı fikri yoxdur. Dediyi heç nəyə tam əmin deyil. Hər şeyi yoxlayıb deyir. Onunla söhbət edəndə elə bilirsən ki, sanki otaqda üçüncü insan da var. Çünki bu adam artıq reallıqdan qopub, qərar vermək, sorğulamaq bacarığı yoxdur. Bu da, əlbəttə, çox mənfi nəticələrə aparıb çıxarır. İnsanın bir növ öz ömrünü yaşamadığı qəribə bir həyatı formalaşır.
- Süni intellektə aludəçilik başqa hansı psixoloji fəsadlara yol aça bilər?
- Ən böyük fəsadlardan birini universitetlərdə görə bilirik. Tələbələr sosial şəbəkələrdə yazırlar ki, universiteti ChatGPT ilə bir yerdə bitirdik. Deməli, tələbə hətta 4 illik bakalavr pilləsini də öz gücünə bitirməyə qadir deyil. ChatGPT olmasaydı, tələbələrin qazandığı qiymətlər də başqa cür olacaqdı. İlk baxışdan çox yaxşı hazırlanmış sərbəst iş əslində o cür hazırlanmayacaqdı. Bu, gələcəkdə onların yazacağı elmi məqalələri, elmi işləri də indidən şübhə altına salır.
Məncə, təhsil sistemində uşaqlardan çox müəllimlər süni intellektdən istifadə etsələr daha yaxşı olardı. O biri yandan da süni intellektin inkişafı artıq təhsildə daha maraqlı, şagird və tələbələrin diqqətini daha çox cəlb edə biləcək metodların tətbiq olunmasını aktuallaşdırır. İndi sürət dövrüdür. Əlindəki telefonda 1 dəqiqəyə neçə-neçə videoya baxa bilirsən. Dərsin də sürəti zamana uyğunlaşmalıdır.
Nailə Qasımova,
Medianews.az
24.07.2025, 11:17
198 baxış
Azad
Süni intellekt: doğrudanmı yaxşısını proqram bilir? – Psixoloqla müsahibə
Medianews.az saytının müsahibi Amerika Psixoloqlar Assosiasiyasının üzvü, psixoloq Şirin Məmmədlidir.

Paylaş: