Qərar iyulun 24-də qüvvəyə minəcək. Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. 7,25 faiz həddi 2024-cü il mayın 2-dən tətbiq olunurdu.
V.Bayramov bildirib ki, 2025-ci ilin ötən müddəti ərzində valyuta bazarında, eləcə də makroiqtisadi səviyyədə sabitlik qorunub saxlanıb: “Təbii ki, bu da Mərkəzi Bankın uçot dərəcəsinə, o cümlədən faiz dəhlizinə müəyyən düzəlişlər etməsi zərurətini ortaya çıxarıb. Digər tərəfdən inflyasiyanın proqnozlaşdırılan həddə olması da faiz dəhlizi ilə bağlı parametrlərə yenidən baxılmasını mümkün edib. Ancaq unutmayaq ki, söhbət kəskin, böyük yox, 0,25 faiz bənd həddində dəyişiklikdən gedir”.
V.Bayramovun fikrincə, Mərkəzi Bankın bu qərarı hələlik kredit bazarına təsir göstərməyəcək: “Ümumiyyətlə Mərkəzi Bankın uçot dərəcəsinin kredit faizlərinə təsiri yüksək deyil. Bu baxımdan Mərkəzi Bankın uçot dərəcəsi, eləcə də faiz dərəcəsi parametrlərinin maliyyə bazarlarına təsirlərinin artırılmasına ehtiyac var. Çox təəssüf ki, biz xüsusən son zamanlar istehlak kreditləri faizlərində artımları müşahidə edirik. Bu da xüsusən problemli kreditlərin, vətəndaşlarımızın kreditlər üzrə öhdəliklərinin artması baxımından arzu olunan deyil”.
Sonda V.Bayramov bir daha vurğulayıb ki, Mərkəzi Bankın qərarı valyuta, eləcə də istehlak bazarındakı tarazlığa uyğun atılmış addım olsa da, hələlik bu dəyişikliyin kredit faizləri daxil olmaqla digər alətlərə təsir imkanları yüksək deyil.
Nailə Qasımova,
Medianews.az
23.07.2025, 12:13
235 baxış
Azad
Uçot dərəcəsi endi, kredit faizləri də düşə bilərmi?
“Mərkəzi Bank faiz dəhlizinin bütün parametrlərini 0,25 faiz azaldıb. Bu, bir tərəfdən inflyasiyanın proqnozlaşdırılan diapazonda dəyişməsi, digər tərəfdən qlobal iqtisadiyyatda, o cümlədən valyuta bazarındakı stabilliklə bağlıdır”. İqtisadçı deputat Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirməsi haqda qərarını Medianews.az saytına şərh edərkən belə deyib.

Paylaş: