Medianews.az
Artistcəsinə bizi aldatmağa çalışırlar
249 baxış

Artistcəsinə bizi aldatmağa çalışırlar

Mənə elə gəlir ki, ermənilər daxildə Paşinyan hökumətinə qarşı yaratdıqları səs-küylə sülh sazişini planlı şəkildə əngəlləmək məqsədi güdürlər. Bütün bu ssenarinin isə Ermənistanın baş nazirinin özünün rəhbərliyi ilə həyata keçirildiyini ehtimal etmək olar. Onlar nəyisə gözləyir, vaxt udmağa çalışırlar. Paşinyanın Ankara, Əbu-Dabi danışıqlarından sonra da bu ölkə Zəngəzurda yarı dağılmış dəmir yolunun bərpası istiqamətində əlini ağdan-qaraya vurmayıb. Neçə illərdir yalnız o sahədə addım atacaqları haqda mənasız bəyanatlar verirlər. Hətta Azərbaycanı öz vəsaiti hesabına 32 kilometrlik o yolu yenidən tikməyə qoymurlar. Halbuki dəmiryolunu müvəqqəti istismara bir aylıq təmir işlərindən sonra vermək də mümkündür. Deməli, burada məqsəd yolu açmaq yox, açmamaqdır. Paşinyan da, o biriləri də artistcəsinə bizi aldatmağa çalışırlar. Rusiya qalmaqalı onlara müəyyən ümid verə bilər, ona görə bu illüziyaların kökündən vurulması üçün hərəkətə keçmək lazımdır. Ermənidən bizə dost olmayacaq. Səfər Alışarlı

Bizə qoşulun