21.07.2025, 11:40
128 baxış
Lamiyə
Nanə çayı nə ilə faydalıdır?
"Beyin, ürək-damar sistemi üçün faydalıdır və qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir".
Medianews.az xəbər verir ki, bunu diyetoloq Emma Derbişir deyib.
Mütəxəssisin sözlərinə görə, son araşdırmalar nanə çayının içilməsinin təzyiqi aşağı saldığını göstərib. O, bunun qan damarlarının hamar əzələlərindəki kalsium kanallarına təsiri, həmçinin nanənin sakitləşdirici təsiri ilə əlaqədar olduğunu bildirib.
Nanə çayı insulinə həssaslığı artırır və beləliklə, qan şəkərinin səviyyəsini daha yaxşı idarə etməyə kömək etdiyi üçün diyetoloq bu içkini diabet və prediabet üçün də faydalı adlandırıb.
"Bundan əlavə, nanə çayının tərkibində antiinflamatuar təsir göstərən rozmarin turşusu və mentol kimi aktiv birləşmələr var. "Bir neçə tədqiqat göstərir ki, nanə çayı dəmləmələri yaddaşı, konsentrasiyanı və idrak funksiyasını yaxşılaşdırmağa kömək edə bilər", - diyetoloq durub.
Medianews.az