Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
21.07.2025, 10:11
160 baxış
Azad
Kritik informasiya infrastrukturlarına nəzarət gücləndirilir: Birgə komissiya yaradılıb
Mövcud normalara görə, dövlət sektoruna aid kritik infrastrukturun qorunması Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə səlahiyyətindədir.
Bu səlahiyyətin gerçəkləşdirilməsi məqsədilə qurumlar birgə komissiya yaradıblar.
Bu addım Prezidentin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanı ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində nəzarət və qiymətləndirmə mexanizmlərinin formalaşdırılması məqsədi daşıyır.
Komissiya dövlət qurumları və onlara məxsus qurumların kritik informasiya infrastrukturlarında təhlükəsizlik tələblərinə necə əməl etdiyini yoxlayacaq.
Anlaşıqlı desək, bu komissiyanı xeyli işlər gözləyir.
Məhz onlar müəyyən edəcəklər ki, dövlətə məxsus hansı resurs dayanıqsızdır, hansı informasiya sistemində köhnə qoruyucu sistemlərdən istifadə olunur, hansılar kənar müdaxiləyə və DDOS hücumlara tab gətirə biləcək və saytları, sistemləri çökməyəcək, backuplar varmı, SCADA-lar necə qorunur, identifikasiya sistemləri necə qurulub, alternativ bağlantılar varmı və s.
Düşünürəm ki, birgə fəaliyyət üçün belə bir institusional strukturun formalaşdırılması informasiya təhlükəsizliyi və kiber sahədə təhdidlərdən qorunmaq və çevik addımlar atmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru
Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru