Medianews.az
Siqaretlər bahalaşa bilər – <span style=color:red>Verginin xeyli artırılması planı var
272 baxış

Siqaretlər bahalaşa bilər – Verginin xeyli artırılması planı var

Avropa Komissiyası siqaretlərə tətbiq olunan verginin minimum həddini xeyli artırmağı planlaşdırır. Almaniyada yaşayan azərbaycanlı jurnalist Sarvan Səmədoğlu Medianews.az-a deyib ki, Avropa Komissiyasının təklifi qəbul olunsa, Almaniyada bir qutu siqaretin qiyməti 8,50 avrodan 12 avroya (Azərbaycan pulu ilə təqribən 24 manat) qalxa bilər: “Əllə bükülən tütünün qiyməti isə 10 avrodan 18 avroya (təqribən 36 manat) qədər arta bilər. Tütün sənayesi artıq etiraz edir, sağlamlıq mütəxəssisləri isə təklifdən məmnundurlar”. Tütün sənayesinin təmsilçiləri iddia edirlər ki, bu addım qara bazarı canlandıra, qeyri-qanuni ticarəti artıra bilər. Onların sözlərinə görə, artıq Almaniyada çəkilən siqaretlərin 20 faizi vergidən yayınır və vergi artırılsa, bu rəqəm daha da arta bilər. Səhiyyə ekspertləri isə qiymət artımını alqışlayır və qeyd edirlər ki, bu, siqareti tərgitmək və gənclərin siqaret çəkməyə başlamasının qarşısını almaq üçün ən effektiv yoldur. Ehtimala görə, qiymətlərin 10% artması siqaret istifadəsini 4% azalda bilər. Almaniya dövləti 2023-cü ildə tütün vergilərindən 15,6 milyard avro gəlir əldə edib. Medianews.az

Bizə qoşulun