17.07.2025, 09:53
153 baxış
Nailə
Gənc qadın sevgilisi tərəfindən öldürüldü - FOTO
Türkiyədə gənc qadın sevgilisi tərəfindən öldürülüb.
Medianews.az xarici mediaya istinadən bildiri ki, hadisə Türkiyənin Diyarbakır bölgəsində baş verib.
22 yaşlı İlayda Alkaş yaşadığı binaya daxil olmaq istəyərkən, birgə yaşadığı 30 yaşlı C.A. tərəfindən odlu silahla vurularaq qətlə yetirilib.
Hadisə 15 iyul axşamı baş verib. Yaralı halda xəstəxanaya aparılan Alkaş, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti məhkəmə-tibbi ekspertizaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. C.A.-nın tutulması istiqamətində polis əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Medianews.az