Medianews.az
Azərbaycan neftini <span style=color:red>hansı ölkələr alır?
271 baxış

Azərbaycan neftini hansı ölkələr alır?

2025-ci ilin ilk yarısında Azərbaycandan 6,4 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Medianews.az xəbər verir ki, hesabatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan, Niderland, Tailand, İndoneziya, Tunis, İsveçrə, Danimarka, Bolqarıstan, Avstriya, Türkiyə. İyulun 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 72,36 dollara satılır. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82, iyula 72,01 dollarla başlayıb. İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Kondensatla birlikdə neft hasilatı 2025-ci ilin ilk yarısında 13,7 milyon ton göstərilib. Medianews.az

Bizə qoşulun