15.07.2025, 08:50
173 baxış
Lamiyə
Qızını çaydan xilas edərkən boğularaq ÖLDÜ
Mordoviyada çoxuşaqlı ana suda boğulan qızını xilas edərkən ölüb.
Medianews.az xəbər verir ki, faciə dünən axşam saatlarında Mokşa çayında, bütün ailə tətilədə olarkən baş verib.
Ata çadır qurarkən uşaqlar çimməyə gediblər. Bir anda 13 yaşlı qız boğulmağa başlayıb və 17 yaşlı bacısı və anası onun köməyinə qaçıblar. Onlar balaca qızı çıxara bilsələr də, özləri boğulublar. Ata nəsə edə bilməyib.
Uşaqlar bu məqsədlə təchiz olunmayan yerdə çimirmişlər. Artıq səlahiyyətli orqanlar ailəyə bütün lazımi yardımı göstərəcəklərini bildiriblər.
Medianews.az
Paylaş: