Medianews.az
Makronun Rusiya haqqında dediyi sözlərə qəzəbləndi
162 baxış

Makronun Rusiya haqqında dediyi sözlərə qəzəbləndi

Fransa prezidenti Emmanuel Makron Rusiyanı "1945-ci ildən bəri ən böyük təhlükə" adlandıraraq daha çox güc əldə etmək istəyir. Medianews.az xəbər verir ki, bu barədə Fransa siyasətçisi və Patriotların lideri Florian Filippot X sosial media hesabında yazıb. “Yalnız bir məqsədə xidmət edən kobud manipulyasiya: (Fransa konstitusiyasının) 16-cı maddəsinin yaxın gələcəkdə aktivləşməsi üçün psixoloji şərait hazırlamaq”, - siyasətçi qeyd edib. Filippo bununla da konstitusiyanın fövqəladə hallar zamanı dövlət başçısına fövqəladə səlahiyyətlər verən maddəsinə istinad edib. Onun sözlərinə görə, bu, Makronun əsas vəzifəsidir. Medianews.az

Bizə qoşulun