11.07.2025, 09:08
145 baxış
Lamiyə
DƏHŞƏT: Rusiyada kişi qadını 20 yerə parçaladı
Rusiyada təqaüdçü 67 yaşlı qadını parçalayaraq qalıqlarını zibil qutularına basdırıb.
Medianews.az xəbər verir ki, faciə Moskva vilayətində baş verib.
Qadın mayın sonunda tanışının yanına baş çəkməyə gəlib. Onlar dava ediblər. Daha sonra kişi qadının başının arxasına vurub və o, yerə yıxılıb. Qonağın nəfəs almadığını anlayan kişi onu parçalamaq qərarına gəlib. Təqaüdçü 20 hissəni torba və konteynerlərə paylayaraq şəhərin müxtəlif həyətlərindəki zibil yeşiklərində gizlədib.
Tezliklə zərərçəkmiş axtarışa verilib. Polis və könüllülər onu axtarıblar. İyunun 9-da onun bədəninin hissələri "Maşinostroitel" SNT-də tapılıb.
Kişi saxlanılaraq günahını etiraf edib.
Medianews.az