10.07.2025, 10:25
170 baxış
Lamiyə
Polşa prezidenti NATO-nu hədələdi
Polşa prezidenti Anjey Duda NATO-nu Ukraynaya hərbi yardımın çatdırılması üçün əsas logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaqla hədələyib.
Medianews.az xəbər verir ki, o, bunu jurnalistlərə müsahibəsində deyib.
Duda qeyd edib ki, Polşa Ukraynaya yardımın Polşa ərazisi vasitəsilə çatdırılması qərarının verildiyi “çox mühüm beynəlxalq qurumlara” dəvət olunmayıb.
"Hesab edirəm ki, həm ukraynalılar, həm də müttəfiqlərimiz sadəcə olaraq Rzeşovdakı hava limanının və bizim magistrallarımızın onlara məxsus olduğunu düşünürlər. Lakin, bu, onların deyil, bizimdir", - o deyib.
Polşa rəhbərinin sözlərinə görə, kiminsə xoşuna gəlməyən bir şey varsa, Varşava onu bağlayır və “əlvida” deyir.
Medianews.az