Medianews.az
Fərdi məlumatları qoruyan qurum <span style=color:red>külli-ixtiyar sahibidir
134 baxış

Fərdi məlumatları qoruyan qurum külli-ixtiyar sahibidir

Avropada ən səlahiyyətli, külli-ixtiyar sahibi olan dövlət qurumları fərdi məlumatların mühafizəsi ilə məşğul olan agentliklərdir. Bir neçə gündür ki, Zaqrebdə Avropa məkanında, xüsusilə də Xorvatiyada fərdi məlumatların qorunması təcrübəsi ilə tanış oluruq. Tədbirdə xeyli faydalı təqdimat əldə edirik, təcrübə mübadiləsi aparırıq. Xorvatiyanın Fərdi Məlumatların Mühafizəsi Agentliyinin (AZOP) istintaq, araşdırma, sanksiya tətbiq etmək, icrası məcburi olan göstərişlər vermək səlahiyyətləri var. İstənilən dövlət və özəl quruma və onların rəqəmsal sistemlərinə daxil olmaq səlahiyyətləri var. Dövlət və ya özəl qurum vətəndaşlardan ehtiyac olmadan daha çox fərdi məlumat toplayıbsa, qurumların informasiya sistemlərindən vətəndaşların fərdi məlumatları oğurlanıbsa və ya sızma olubsa, mənasız yerə sənədlərin surətləri toplanırsa və buna nəzarət yoxsa, qurumlara xidmət edən hansısa İT şirkətin məsuliyyətsizliyi ucbatında sızma olubsa, video müşahidə sistemləri ilə qeyri-qanuni məlumatlar toplanırsa, milyonlarla cərimə sanksiyaları tətbiq edirlər. Xorvatiyada istənilən bir qanun, qayda qəbul ediləndə bu qurumun rəyi məcburidir. Belə anladım ki, əgər biz Azərbaycanda Avropanın Məlumatların Mühafizəsinə Dair Ümumi Reqlament (General Data Protection Regulation - GDPR) standartlarına uyğun qanun qəbul edə bilsək və onun icrasına nəzarət qurumu yaratsaq, bu, hətta xüsusi xidmətlərdən üstün ola biləcək. Osman Gündüz,  Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru 

Bizə qoşulun