08.07.2025, 12:25
187 baxış
Lamiyə
Ağcaqanadlar bu qan qrupuna xüsusi MEYİLLİDİR
Açıq havada idman etmək, artıq çəki, ətir və alkoqol qoxusu ağcaqanadları cəlb edə bilər.
Medianews.az xəbər verir ki, bunu həkim Yana Şmeleva deyib.
Bundan əlavə, mütəxəssisin sözlərinə görə, bu həşəratlar birinci qan qrupu olan insanlara xüsusi diqqət yetirirlər.
Bundan əlavə, ağcaqanadlar ətir, losyon və kremlərin qoxusuna reaksiya verir. Məsələn, tərkibində lavanda ekstraktı olan kosmetika qansoranlar üçün xüsusilə cəlbedicidir. Şmeleva qeyd edib ki, alkoqol qoxusunun ağcaqanadları əlavə olaraq cəlb etdiyi sübut edilmişdir.
Medianews.az
Paylaş: