04.07.2025, 09:24
133 baxış
Lamiyə
Məşhur müğənni yanıq ağrılarından DANIŞDI
Rusiyanın xalq artisti Filipp Kirkorov konsertlərinin birində aldığı yanıqdan sonra vəziyyətini şərh edib.
Medianews.az xəbər verir ki, ifaçı qolunun hələ də ağrıdığını, lakin ümumilikdə özünü yaxşı hiss etdiyini qeyd edib. “Yaralar əsl sənətkarı bəzəyir, xüsusən də kişidirsə”, o əlavə edib.
Aprel ayında Kirkorov Sankt-Peterburqda çıxışı zamanı yanıq xəsarəti alıb. Onun köynəyinin qolu səhnədə yanıb. May ayında müğənni zədəsini tam sağaltmaq üçün məzuniyyətə çıxıb.
Medianews.az
Paylaş: