04.07.2025, 08:14
186 baxış
Lamiyə
Azərbaycanda bu şəxslərə 6 min manat veriləcək - VİDEO
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman 6 min manat məbləğində birdəfəlik ödəniş veriləcək.
Medianews.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.
"Əgər vətəndaş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxsdirsə və ilk dəfə işə düzəlirsə, o zaman DOST mərkəzinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etməklə 6 min manat məbləğində birdəfəlik kompensasiya almaq hüququna malikdir", - deyə deputat bildirib.
Ətraflı süjetdə:
Paylaş: