Medianews.az
Arvadını arı sürüsündən xilas edərkən <span style=color:red> ÖLDÜ
148 baxış

Arvadını arı sürüsündən xilas edərkən ÖLDÜ

Hindistanda 55 yaşlı kişi arvadını arı sürüsündən xilas edərkən ölüb. Medianews.az xəbər verir ki, hadisə Madhya Pradeş ştatında baş verib. Samay Lal və həyat yoldaşı Siyavati meşəd mal-qara otararkən birdən qadını arı sürüsü mühasirəyə alıb. Samay Lal olanları görərkən köməyə qaçıb. O, arvadının baş örtüyü ilə arılardan qorumağa çalışıb. Bu, yalnız həşəratları qıcıqlandırıb. Sürü Samay Lala tərəf dönüb onu sancmağa başlayıb. Kişini xilas etmək mümkün olmayıb. Siyavati ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Medianews.az

Bizə qoşulun