Medianews.az
Altı qadına təcavüz edən şəxs <span style=color:red> məhkəmə qarşısına çıxacaq
184 baxış

Altı qadına təcavüz edən şəxs məhkəmə qarşısına çıxacaq

Rusiyanın Maqnitoqorsk şəhərində bir şəxs bir neçə maddə ilə məhkəmə qarşısına çıxacaq. Medianews.az xəbər verir ki, kişi 2016-cı ilin iyunundan 2018-ci ilin yanvarına qədər qadınların evlərinə daxil olub, onları bıçaqla hədələyərək zorlayıb və əmlaklarını oğurlayıb. Belə ki, o, altı qadına hücum edib. 2018-ci ilin yanvarında növbəti zorlama cəhdi zamanı zərərçəkmiş evdə tək olmayıb və hücum edənə fəal müqavimət göstərib. Bundan sonra o, yoxa çıxıb. 2024-cü ilin noyabrında təqsirləndirilən şəxsin cinayətlərdə əli olduğu müəyyən edilib, o, saxlanılaraq həbs edilib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. Medianews.az

Bizə qoşulun