Medianews.az
İrəvanda Trampın Zəngəzur dəhlizi ilə bağlı təklifini <span style=color:red>təkzib etmədilər
216 baxış

İrəvanda Trampın Zəngəzur dəhlizi ilə bağlı təklifini təkzib etmədilər

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Tramp administrasiyasının Amerika biznesinin iştirakı ilə Zəngəzur dəhlizinin blokdan çıxarılmasını nəzərdə tutan plan təklif etməsi barədə yayılan xəbərləri şərh edərkən bildirib ki, beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir. Bildirilir ki, bu variant Azərbaycan tərəfinin təminatlarla bağlı tələblərini ödəməklə yanaşı, Ermənistanın suverenliyini qorumağa və prosesdən Rusiyanı kənarda saxlamağa imkan verir. Medianews.az-ın məlumatına görə, Badalyan xatırladıb ki, “beynəlxalq tərəfdaşlar da vaxtaşırı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən nəqliyyat yollarının açılması ilə bağlı öz ideyalarını irəli sürürlər”. ABŞ-ın təklifi ilə bağlı xəbərlər isə birbaşa təkzib edilməyib. Medianews.az  

Bizə qoşulun