Medianews.az
Rus bölmələri artıq Azərbaycanın təhsil sistemində aktuallığını saxlamır - <span style=color:red>Ekspert
197 baxış

Rus bölmələri artıq Azərbaycanın təhsil sistemində aktuallığını saxlamır - Ekspert

Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlamır. Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır. Bizə bu gün – texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə – Çin dili lazımdır. Rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır. Amma Çin bölmələrinin yaradılması gələcəyə baxmaq, ticarət, innovasiya, enerji, mühəndislik, robot texnikası və beynəlxalq əməkdaşlıq üçün qapı açmaqdır. 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Çin bu gün dünya texnologiya bazarının 28%-nə sahibdir. Azərbaycan isə bu bazardan pay almaq istəyirsə, təhsil sistemini yenidən qurmalı, rus deyil, Çin yönlü strateji model qurmalıdır. Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır. Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı. Bu sadəcə dil məsələsi deyil — bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik. Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar gələcəyi itirir. Çin dili bölmələri açın, rus bölmələrini tarixə yollayın. Çünki gələcək, keçmişin deyil, dəyişimin tərəfindədir. Kamran Əsədov, təhsil eksperti  

Bizə qoşulun