Medianews.az
Rusiyanı nəhəng cüssəsi, balaca başı olan dinozavra <span style=color:red>bənzətmək olar
177 baxış

Rusiyanı nəhəng cüssəsi, balaca başı olan dinozavra bənzətmək olar

İndiki Rusiya bir anoxronizmdir. Bu dövlət “Rusiyanın sərhədləri heç yerdə bitmir”; “Rus əsgərinin ayağı hara dəyirsə, ora bizimdir”; “Rusiya bütün istiqamətlər üzrə genişlənəcək - ta ki Allahın istədiyi yerə qədər...” kimi qorxunc xurafatçı zehniyyətlə idarə olunan, ərazi işğallarını davam etdirərək ayağının dəydiyi yerləri xarabalığa çevirən, insanlığın faydasına hər hansı dəyər ortaya qoymayan arxaik bir kolonialist gücdür. Rusiyanı nəhəng cüssəsi, balaca başı olan dinozavra bənzətmək olar: dinozavrların yerə böyük asteroid düşdükdən sonra kəskin iqlim dəyişikliyi nəticəsində yox olduğu güman edilir. Əslində hazırkı qəsbkar Rusiya da, dinozavarlar kimi, müasir dünya şərtlərində mövcud olmamalıydı, lakin o, dünyanın “iqlim”ini özü üçün yaşana biləcək hala gətirməyə çalışmaqla mövcudiyyətini davam etdirməyə can atır. Rusiyanın dünya “iqlim”ini dəyişdirib öz xəstə təxəyyülünə uyğunlaşdırma cəhdləri fəlakətlər, dağıntılar, qan və göz yaşı ilə müşayiət olunur... Azərbaycan-Rusiya münasibətlərindəki problemlər tərəflərin bu münasibətlərin xarakteri və hansı prinsiplərə əsaslanacağı ilə bağlı fərqli baxışlarından qaynaqlanır. Azərbaycanın ötən müddətdə Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəltməsi, hətta regional geosiyasətdə Moskvanın maraqları ilə üst-üstə düşən mövqe sərgiləməsi belə Moskvanı qane etmədi. Bakı Moskva ilə qarşılıqlı münasibətlərin suveren bərabərlik prinsipinə əsaslanmasını istəyirdi. Lakin bir daha əyan oldu ki, Rusiya keçmiş koloniyaları ilə müttəfiqliyi və tərəfdaşlığı bərabərhüquqluluq əsasında deyil, suveren-vassal münasibətləri kimi görür. Bu, Azərbaycan rəhbərliyini məmnun etmədi və onlar bir sıra hadisələrdən sonra Moskvadan ciddi təhlükələrin qaynaqlandığının yenidən fərqinə vardılar. Bir daha hali olduğumuz başqa bir həqiqət də budur ki, bu gün Ukrayna dövləti və xalqı ağır bədəllər ödəyərək postsovet coğrafiyasının dövlətləri və xalqları başda olmaqla, bütün insanlıq naminə mübarizə aparır. Bu tarixi əhəmiyyətli müqavimətdə haqlının və məzlumun tərəfində durmaq ən əvvəl bir mənəvi borcdur. Şahin Cəfərli, politoloq

Bizə qoşulun