23.06.2025, 12:30
131 baxış
Azad
Prezident Yevlaxda bir neçə açılışda iştirak edib
Prezident İlham Əliyev iyunun 23-də Yevlax rayonuna səfər edib.
Dövlət başçısı Yevlax Olimpiya İdman Kompleksində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub, Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılışlarında iştirak edib.