Medianews.az
Miras davası <span style=color:red>ölümlə bitdi - FOTO
182 baxış

Miras davası ölümlə bitdi - FOTO

Türkiyənin Biləcik bölgəsində yaşayan Vəli Yetim adlı şəxs miras mübahisəsi zamanı yaxın qohumu Oğuzhan G. (27) tərəfindən bıçaqlanıb. Medianews.az haber7.com-a istinadən xəbər verir ki, hadisə dünən (22 iyun) saat 20:00(Bakı vaxtı ilə 21:00) radələrində Biləcik şəhərinin Şelale Parkı ərazisində baş verib. İddiaya görə, Vəli Yetim və yaxın qohumu Oğuzhan G. arasında miras məsələsində fikir ayrılığı yarandığı üçün mübahisə başlayıb. Mübahisədən sonra evə qayıdan V.Yetimə qohumu “maşınım xarab oldu” deyərək yenidən zəng edib. Evdən çıxan V.Yetim, arxasınca gəldiyi iddia edilən Oğuzhan G. tərəfindən bıçaqlanıb. Şübhəli bıçaqlanandan sonra hadisə yerindən qaçıb. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aprılıb. Ağır yaralanan V.Yetim aparıldığı xəstəxanada dünyasını dəyişib. Polis hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başladıb. Qaçan şəxsin axtarışları davam edir. Medianews.az

Bizə qoşulun