Türkiyənin milli futbolçusu Kənan Yıldız “Yuventus”dakı çıxışına görə təriflənir.
Medianews.az haberler.com-a istinadən xəbər verir ki, Futbol üzrə Klublararası Dünya Çempionatının G qrupunun ikinci oyununda “Yuventus” və “Wydad” komandaları üz-üzə gəlib.
“Lincoln Financial Field” stadionunda keçirilən oyunda “Yuventus” 4-1 hesabı ilə qalib gəlib. Mərakeşin "Wydad" komandasına 2 qol vuran Kənan matçın oyunçusu seçilib.
İtaliya mətbuatı Kənanın çıxışını yüksək qiymətləndirib.
İtaliyan idam qəzeti olan Tuttosport onun haqqında bunları yazıb:"Kenan Yıldız Klublararası Dünya Çempionatında "Yuventus"un mütləq qəhrəmanına çevrildi. Türk istedadı "Əl Ain" və "Wydad"la ilk iki matçda 2 qol vuraraq azarkeşləri ovsunladı. Bu performans onu həm də turnirin ən çox qol atanları sıralamasında uçurur. Kənan Yıldızın performansı inanılmaz bir təsadüflə bəzədilib. Kənanın “Wydad” komandasına atdığı 2 sayəsində, o, 22 iyun 1986-cı ildə İngiltərəyə qarşı buna nail olan Maradonadan sonra FIFA (Dünya Kuboku və Klublararası Dünya Çempionatı) tərəfindən təşkil edilən turnirdə iki qol vuran ilk 10 nömrə oldu."
Medianews.az