21.06.2025, 08:23
182 baxış
Lamiyə
Kiyevdə Putinin Zelenski haqqında dediklərini dəstəklədilər
“Putin Zelenski ilə razılaşmanın mümkünsüz olduğunu söyləyərkən haqlıdır”.
Medianews.az xəbər verir ki, bunu Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında deyib.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə atəşkəs sazişinin imzalanmasının mümkün olmadığını söyləyərkən haqlıdır.
O, Zelenskinin “anti-leqal beynəlxalq sahədə olduğunu” izah edib.
“Sonra başqa birisi sadəcə gəlib deyəcək: siz və Zelenski bütün bunları nəyə əsaslanaraq imzaladınız? Soskin qeyd edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp da oxşar mövqedədir və Zelenskinin istefaya getməli olduğunu anlayır. Lakin bunun dəqiq necə baş verə biləcəyi hələ də aydın deyil.
Medianews.az