Medianews.az
Neft büdcə qiymətindən <span style=color:red>nə qədər bahadır?
206 baxış

Neft büdcə qiymətindən nə qədər bahadır?

İyunun 20-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 82,58 dollara satılır. Medianews.az bildirir ki, bu, büdcə qiymətindən 12,58 dollar yuxarı göstəricidir. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb, “AzəriLayt” yanvara 79, fevrala 78,52, marta 75,68, aprelə 78,29, maya 65,13, iyuna 68,82 dollarla başlayıb. İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib. Yanvar-may aylarında ölkədə kondensatla birlikdə 11,4 milyon ton neft hasil olunub, xaricə 5,6 milyard dollarlıq xam neft və xam neft məhsulu göndərilib. Toğrul Əli, Medianews.az

Bizə qoşulun