20.06.2025, 08:45
164 baxış
Lamiyə
Bu ölkə Rusiyaya birbaşa uçuşları bərpa etmək istəyir
Moldova Rusiyaya birbaşa uçuşları bərpa etmək istəyir.
Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Roman Starovoit bildirib.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Moldova tərəfi Kişinyov və Moskva arasında uçuşların bərpası məsələsini qaldırıb.
Starovoit cavab verib ki, Rusiya "uçuşla bağlı problem olmasa" bu Avropa ölkəsinə daşımaların həyata keçirilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.
"Biz zəif başlanğıcdayıq. Biz həmişə xalqlar arasında dostluq və əməkdaşlıq tərəfdarıyıq", - nazir əlavə edib.
Medianews.az
Paylaş: