17.06.2025, 07:54
123 baxış
Lamiyə
Köpək balığının qopardığı qolunu yenidən TİKDİLƏR
ABŞ-də köpək balığının hücumu nəticəsində doqquz yaşlı qız az qala qolunu itirəcəkdi.
Medianews.az xəbər verir ki, hücum iyunun 11-də, qız ailəsi ilə birlikdə Florida ştatının Boka Qrande kurort şəhərində olduğu zaman baş verib.
Kİöpək balığı doqquz yaşlı Lea Lendelə hücum edib. Yırtıcı onun demək olar ki, bütün qolunu dişləyib. Həkimlər təcili olaraq uşağı helikopterlə xəstəxanaya çatdırmalı oldular. Beş cərrahdan ibarət bir qrup görünməmiş bir əməliyyat keçirib.
Qızın əmisi Maks Derinski deyib ki, həkimlər qeyri-mümkün olanı ediblər - onlar ayaqdan qan damarlarını köçürməklə qan tədarükünü tamamilə bərpa ediblər, titan sancaqlar vasitəsilə sümükləri yığıbla və sinir uclarını yenidən tikiblər. Əməliyyatdan cəmi 48 saat sonra Lendel həkimlərin tibbi möcüzə adlandırdığı barmaqlarını hərəkət etdirə bilib.
Lendel ailəsi hazırda reabilitasiya üçün vəsait toplayır və bu, iki ilə qədər çəkə bilər. Həkimlər bildirib ki, adətən, bu cür xəsarətlərlə uşaqlarda əzaların sağalma şansı 20 faizdən çox olmur.
Medianews.az