Medianews.az
57 yaşlı şəxs bıçaqlandı - <span style=color:red>Oğlu saxlanıldı
137 baxış

57 yaşlı şəxs bıçaqlandı - Oğlu saxlanıldı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə dünən 19 radələrində Talıstan kəndində baş verib. 1994-cü il təvəllüdlü Kənan Bəhlul oğlu Əzizov aralarında mübahisə zamanı atası 1968-ci il təvəllüdlü Bəhlul Təşkilat oğlu Əzizovun qarın və boğaz nahiyələrindən bir dəfə bıçaqla xəsarət yetirib. K.Əzizov şübhəli şəxs qismində tutulub. Faktla bağlı İsmayıllı RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

Bizə qoşulun