Medianews.az
Beyləqandakı yanğında 13 nəfər tüstüdən <span style=color:red>zəhərlənib
108 baxış

Beyləqandakı yanğında 13 nəfər tüstüdən zəhərlənib

Beyləqanda bazar ərazisində yanğın hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, yanğında 13 nəfər tüstüdən zəhərlənib, 3 nəfər isə yüngül xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən 16 nəfər (15-i kişi, 1-i qadın) Beyləqan Rayon Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 1984-cü il təvəllüdlü şəxsə sol biləyin kəsilmiş, cırılmış yarası, 1995-ci il təvəllüdlü şəxsə sol qolun cırılmış yarası, 2004 -cü il təvəllüdlü şəxsə isə sol ayağın 1-ci barmağının kəsilmiş yarası, digər şəxslərə isə tüstüdən zəhərlənmə diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Bizə qoşulun