Medianews.az
Türkiyədə sərnişin avtobusu aşdı
166 baxış

Türkiyədə sərnişin avtobusu aşdı

Türkiyədə sürücünün sükanı itirməsi nəticəsində sərnişin avtobusu aşıb. Medianews.az xəbər verir ki, hadisə Bingölün Karlıova rayonunda baş verib. Qəza nəticəsində 3 nəfər yaralanıb. Qəzada yaralanan 3 nəfərə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərilib. Ağır yaralanan bir nəfər təcili yardım helikopteri ilə aparılıb. Qəza zamanı avtomobildə olan 37 sərnişin də ehtiyat tədbiri olaraq sağlamlıq qrupları tərəfindən yoxlanılıb. Medianews.az

Bizə qoşulun