13.06.2025, 08:44
152 baxış
Lamiyə
Faciə: yanğında 5 uşaq həlak oldu
Rusiyanın Orexovo-Zuevski şəhər rayonunun Kurskoye kəndində taxta evdə yanğın baş verib.
Medianews.az xəbər verir ki, hadisənin iyunun 13-də baş verdiyi bildirilir.
İki aylıqdan 17 yaşa qədər beş uşaq dünyasını dəyişib.
Yanğın zamanı ölən uşaqların anası da xəsarət alıb, lakin o, sağ qala bilib - yanıq xəsarətləri ilə şəhər xəstəxanasına yerləşdirilib.
İstintaq Komitəsinin əlavə etdiyi kimi, yanğın söndürülən kimi müstəntiqlər və məhkəmə-tibb ekspertləri hadisə yerinə baxış keçirməyə başlayacaqlar.
Medianews.az