Medianews.az
Levandovski ilə münaqişə ona baha başa gəldi - <span style=color:red>İstefa verdi
79 baxış

Levandovski ilə münaqişə ona baha başa gəldi - İstefa verdi

Mixal Probej Polşa millisinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Publika.az xəbər verir ki, bu qərar komandanın 2026-cı il dünya çempionatının seçmə mərhələsində Finlandiyaya 1:2 hesabı ilə uduzmasından və millinin tarixində ən çox qol vuran futbolçusu Robert Levandovski ilə yaşanan gərginlik fonunda verilib. "Yaranmış vəziyyətdə milli komandanın mənafeyi naminə istefa verməyimin ən düzgün qərar olduğuna inanıram", – deyə 52 yaşlı mütəxəssis bildirib. O, Polşa yığmasına 2023-cü ilin sentyabrında baş məşqçi təyin olunmuşdu. Rəhbərliyi altında komanda 21 oyuna çıxıb, 10 qələbə qazanıb, 7 dəfə məğlub olub və 4 dəfə heç-heçə edib. Qeyd edək ki, Probej Finlandiya ilə görüşdən bir neçə gün əvvəl Robert Levandovskini kapitanlıqdan kənarlaşdırmışdı. Bu hadisədən sonra "Barselona"nın 36 yaşlı hücumçusu milli karyerasını müvəqqəti dayandırdığını bəyan etmişdi.

Bizə qoşulun