Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində olan 242 nəfərin hamısının həlak olduğu bildirilir.
“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, təyyarə həkimlər üçün nəzərdə tutulan yataqxananın üzərinə düşüb.
“News18” telekanalı binadan 30 nəfərin cəsədinin aşkar edildiyini açıqlayıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
15:46
Hindistanda təyyarənin həkimlərin yataqxana binasına çırpılması nəticəsində ən azı 5 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edək ki, Hindistanda göyərtəsində 242 sərnişinin olduğu təyyarə qəzası nəticəsində ən azı 120 nəfər ölüb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.