11.06.2025, 08:15
98 baxış
Lamiyə
İtkin düşmüşdü, 17 saat sonra bu vəziyyətdə tapıldı
Türkiyənin Aksaray şəhərində saatlarla xəbər alınmayan 24 yaşlı gənc 17 saat sonra dostları tərəfindən dağlıq ərazidə döyülərək huşsuz vəziyyətdə tapılıb.
Medianews.az xəbər verir ki, hadisə dünən saat 19:00 radələrində Qurtuluş Məhəlləsində baş verib.
Mustafa Ergün atası Murat Ergünilə telefonla danışaraq evə gələcəyini bildirib. 1 saat sonra evə gəlməyincə Mustafa Ergünlə telefonla əlaqə saxlaya bilməyən atası onun itdiyini polisə xəbər verib və vəziyyəti dostlarına çatdırıb.
Tapıldıqdan sonra xəstəxanaaya aparılan Ergünün vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az