Medianews.az
"Ruslar NATO-ya hücum edə bilməyəcəklər" - <span style=color:red>Viktor Orban
143 baxış

"Ruslar NATO-ya hücum edə bilməyəcəklər" - Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, ruslar NATO-ya hücum etmək üçün çox zəifdirlər. Medianews.az-ın məlumatına görə, Orban Fransanın LCI telekanalına müsahibəsində deyib: “Ruslar hətta Ukraynanı məğlub edə bilmirlər. Beləliklə, onlar NATO-ya hücum edə bilməyəcəklər. Öncə Ukraynada bizə atəşkəs, daha sonra sülh lazımdır. Nə avropalılar, nə ukraynalılar ruslarla danışıq apara bilməyəcəklər. Rusiya ABŞ-la müqavilə bağlamalıdır. Rusiya ilə birbaşa münaqişə Macarıstan və yaxud Aİ-yə lazım olan bir problem deyil, ona görə də Ukrayna NATO-ya üzv ola bilməz. Düşünürəm ki, biz Ukraynanın tarixini fransızlardan bir az da olsa, yaxşı başa düşürük. Biz hesab edirik ki, rusları sevmək yox, onlarla danışıqlar aparmaq lazımdır. Düşünürəm ki, ruslar ancaq güc dilini başa düşürlər və üstəlik də, Avropa güclü olmalıdır. Rusiya ilə strateji saziş bağlamaq lazımdır. Rusiyaya qarşı qəbul edilən sanksiyalar Macarıstanı və bütün Avropanı məhv edir. Həm də əgər Putin Macarıstana gəlmək istəsə, beynəlxalq həbs qərarına baxmayaraq, biz onu çox hörmətlə qəbul edəcəyik". Medianews.az

Bizə qoşulun