Medianews.az
“Moskva üç aya NATO-nun bir il ərzində istehsal etdiyi qədər silah düzəldə biləcək” - <span style=color:red>Mark Rutte
129 baxış

“Moskva üç aya NATO-nun bir il ərzində istehsal etdiyi qədər silah düzəldə biləcək” - Mark Rutte

NATO-nun baş katibi Mark Rutte bildirib ki, Ukraynaya dəvət hələ də qüvvədədir. O, Trampdan Putini sakitləşdirməyi xahiş etdiyini də söyləyib. Medianews.az-ın məlumatına görə, baş katib deyib ki, NATO-nun qarşıdan gələn sammitindən sonra kommünikeyə daxil edilməsə belə, alyans Ukraynanı sıralarına qəbul etmək vədinə əməl edəcək. "Biz demişik ki, NATO-ya gedən bu yolda geriyə dönüş yoxdur. Bu qiymətləndirmə sammitdən sonra belə dəyişməyəcək" deyən Mark Rutte bazar ertəsi Londonda Böyük Britaniyanın beynəlxalq əlaqələr üzrə analitik mərkəzi sayılan "Chatham House"da çıxışı zamanı onu da bildirib ki, 24-25 iyun tarixlərində Haaqada keçiriləcək konqresdən sonra qəbul ediləcək kommünikedə Ukrayna ilə bağlı məqamlar yer alacaq. NATO-nun baş katibinin sözlərinə görə, hazırda alyans üzvləri Ukraynanın bu assosiasiyaya qəbul etmək barədə vahid mövqe formalaşdıra bilməyiblər. M.Rutte eyni zamanda ABŞ prezidenti Donald Trampı Ukraynaya qarşı təcavüzü dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinə təsir göstərməyə çağırıb. Bununla bağlı NATO lideri deyib: "Tramp Putinlə bu dəhşətli müharibəni necə bitirəcəyini müzakirə etməyə başlamalıdır". "Rusiya Çinlə, Şimali Koreya ilə və İranla birləşib. Onlar silahlı qüvvələrini, eləcə də imkanlarını genişləndirirlər. Putinin döyüş maşını sürətlənir, ləngimir. Rusiya Çin texnologiyasının köməyi ilə gücünü bərpa edir və düşündüyümüzdən daha da sürətlə silah istehsal edir" - deyə Mark Rutte vurğulayıb. "Moskva üç ay müddətində NATO-nun bir il ərzində istehsal etdiyi qədər silah istehsal edə biləcək ki, bu da 2025-ci il üçün 1500 tank, 3000 zirehli maşın, 200 "İsgəndər" raketi deməkdir" – NATO-nun baş katibi bildirib. Medianews.az

Bizə qoşulun