08.06.2025, 16:04
123 baxış
Nailə
Qəzzada son 24 saat ərzində ölənlərin sayı açıqlandı
Son 24 saat ərzində Qəzza xəstəxanalarına 108 nəfər ölüb, 393 fələstinli isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi "Telegram" kanalında yazıb.
"2023-cü ilin oktyabrından Qəzzada gedən döyüşlərdə ölənlərin sayı 54 880 nəfərə çatıb, 126 227 nəfər yaralanıb", - deyə nazirlik bildirib.