04.06.2025, 08:04
102 baxış
Lamiyə
Türkiyə qayıq batdı
Türkiyədə sahilə lövbər salan “İstanbul” adlı balıqçı qayığı su buraxma sistemində yaranan nasazlıq səbəbindən su götürdükdən sonra batıb.
Medianews.az xəbər verir ki, hadisə Balıkəsirin Ayvalık rayonunda baş verib.
Əldə edilən məlumata görə, Ayvalık sahillərində havanın qəfil dəyişməsindən sonra güclü imbat küləyi sahildə lövbər salan qayığın batmasına səbəb olub.
Hadisə şahidlərinin sözlərinə görə, qayıqda heç kim olmadığı halda, qayıq qəfildən su almağa başlayıb və qısa müddətdə batıb.
Batan qayığın görüntüləri sosial mediada böyük marağa səbəb olub. Vətəndaşlar dəniz axınının qəfildən içəri girdiyini və hazırlıqsız qalan qayığın zədələndiyini bildiriblər.
Medianews.az