02.06.2025, 13:20
235 baxış
Azad
Yeni mövsümün bütün komandaları – Tam siyahı
2025-2026 mövsümündə UEFA-nın klub turnirlərinə buraxılmış 237 komandanın hər biri məlum olub.
Medianews.az bildirir ki, siyahıdakı 82 komanda Çempionlar Liqasına, 45 komanda Avropa Liqasına, 110 komanda Konfrans Liqasına dəvət alıb. Azərbaycanı Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında “Sabah”, Konfrans Liqasında “Zirə” və “Araz-Naxçıvan” təmsil edəcək. Çempionlar Liqası və Konfrans Liqasında təmsilçilik ikinci mərhələdən, Avropa Liqasında birinci mərhələdən başlayır.
Çempionlar Liqasının birinci təsnifat mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı mərhələlərində ələnənlər Avropa Liqasına, Avropa Liqasının təsnifat raundlarında ələnənlər Konfrans Liqasına köçür. Hər üç turnirin liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.
Mövsümün startı 2025-ci il iyulun 8-nə, Avropa Liqasının finalı 2026-cı il mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.
Toğrul Əli,
Medianews.az