Medianews.az
Bu ərazilərdə <span style=color:red>qaz olmayacaq
163 baxış

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə Medianews.az -a “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizə qoşulun