30.05.2025, 09:15
139 baxış
Lamiyə
Qadını pitbulla şantaj edərək qəraət edib
Rusiyada itdən hücumda silah kimi istifadə edən quldur hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Moskvanın şərqində baş verib.
44 yaşlı qadın binanın girişində hücuma məruz qaldığını bildirib. Naməlum şəxs onu pitbull iti və bıçaqla hədələyərək mobil telefonunu götürüb. Bundan sonra cinayətkar yoxa çıxıb.
Tezliklə şübhəli şəxs həbs edilib. Onun Stavropol diyarının 28 yaşlı sakini olduğu üzə çıxıb. Kişi həmişə it və bıçaq gəzdirdiyini təsdiqləyib. Yeri gəlmişkən, o, hücumdan sonra bıçağı idman meydançasının yanına atıb.
Medianews.az