O bildirib: “Müəllim cəza obyekti deyil. Müəllim cəmiyyətin güzgüsüdür. Güzgünü sındırmaqla üzümüz düzəlməyəcək! Bəlkə bir dəfə də müəllimi müdafiə edən bir status paylaşaq? Bəlkə bir dəfə də “müəllim haqlıdır” deyək? Axı müəllim qorxsa, çəkinsə, sussa, sabah kim öyrədəcək bizim uşaqlarımızı? Biz bu cəmiyyətə müəllimi sevdirə bilməsək, sabah müəllim tapmayacağıq. Müəllimin güvənə, hörmətə, dəstəyə ehtiyacı var. Çünki onun çiynində təkcə bir fənn yox, bu xalqın gələcəyi dayanır. Müəllimi müdafiə etmək – gələcəyi qorumaq deməkdir”.
“Artıq bəsdir! Müəllimi linç etməyə, alçaltmağa, günah keçisinə çevirməyə son qoyun!” deyən K.Əsədov daha sonra vurğulayıb: “Hər problemə görə – istər məktəbdə, istər ailədə, istər cəmiyyətdə – hədəf bir nəfərdir: müəllim! Cibində maaşı az, yükü ağır, hüququ zəif, amma gözləntilər sonsuz! İstəyirik ki, müəllim həm psixoloq olsun, həm tərbiyəçi, həm hüquq mühafizəçi, həm də texniki işçi. İstəyirik ki, müəllim möcüzə yaratsın – amma ona nə etibar, nə səlahiyyət, nə dəstək veririk! Cəmiyyətin hər təbəqəsi – valideyn, məmur, media nümayəndəsi – əlində bir daş müəllimin üstünə atmağa hazırdır. Əgər bir müəllim özünü müdafiə etməyə çalışsa – dərhal “sən sus, sən müəllimsən” deyirik. Bəli, müəllimdir! Amma o da insandır! Onun da hüququ var, izzəti var, yorğunluğu var! Niyə hər dəfə məsuliyyət yalnız müəllimin boynuna yüklənir? Bəs valideyn haradadır? Bəs məktəb rəhbərliyi? Bəs təhsil idarəçiliyi? Bu qədər yükü bir insana yükləmək ədalətdirmi? Biz müəllimi qorumasaydıq, bu gün bu cəmiyyətdə heç kim olmazdı! Müəllimi sındırmaq, gələcəyi zədələməkdir. Müəllimi aşağılamayın! Onu qoruyun, ona dayaq olun! Çünki müəllim çöksə, millət çökməyə başlayacaq! Unutmayın: müəllimi qorumayan cəmiyyətin gələcəyi müəllimsiz qalacaq!”
Nailə Qasımova,
Medianews.az
30.05.2025, 08:20
190 baxış
Azad
“Niyə məsuliyyət yalnız müəllimin boynuna yüklənir? Bəs valideyn haradadır? Bəs məktəb rəhbərliyi? Bəs təhsil idarəçiliyi?”
“Son zamanlar təhsil sistemində rast gəlinən bütün çatışmazlıqların günahkarı kimi bir nəfər hədəf seçilib: müəllim. Uşağın oxumamasına görə müəllim, ailədə tərbiyə verilməməsinə görə müəllim, sistemin düzgün işləməməsinə görə müəllim… Hətta məktəbin qapısının sınmasına da, şagirdin ayaqqabısına da cavabdeh sanki müəllimdir. Amma heç kim soruşmur: bu müəllimin dərsi üçün şərait vardımı? Aylıq maaşıyla dolana bildimi? Öz psixoloji sağlamlığını qorumağa imkanı oldumu? Bir sinifdə 35 uşaqla təklikdə mübarizə aparan bu insanı bircə dəfə eşidən oldumu?” Təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov Medianews.az-a açıqlamasında belə deyib.