Əziz Əlibəyli,
politoloq
29.05.2025, 08:17
133 baxış
Azad
Üçlü hərbi ittifaq? - Bozqurdla Hilalın birliyi və ya "Səmaların İttifaqı"
Pakistanın Baş nazirinin Laçına səfəri dünyada böyük maraq oyadıb.
Bir nüvə dövlətinin hökumət rəhbəri Laçın aeroportuna enən ilk əcnəbi lider oldu.
Hindistan mediası iddia edir ki, bu görüş çərçivəsində Azərbaycan və Pakistan böyük hərbi müqavilə bağlamaq üçün razılıq əldə ediblər söhbət inkişaf etmiş 50 ədəd qırıcıdan gedir, hansı ki, bu günlərdə Hindistana qarşı müharibədə hava hakimiyyəti Pakistana keçdi.
Pakistan, Türkiyə və Azərbaycan ticarət və müdafiə əlaqələrini gücləndirmək barədə razılığa gəliblər.
Rəcəb Tayyib Ərdoğan Şərif Şahbazı əsl qardaşı adlandırıb.
İlham Əliyev Pakistana 2 milyard dollarlıq sərmayə qoyulacağını elan etdi və 2020-ci il müharibəsində göstərdiyi dəstəyə görə Pakistan xalqına təşəkkür etdi.
Ture İnsider iddia edir ki, Laçında ölkə rəhbərinin yaxın vaxtlarda üçtərəfli hərbi ittifaq qurulması barədə razılığa gəlmələri halı baş verib. Üçlü hərbi ittifaq çox iddialı səslənir.
Laçın görüşü üçlü əməkdaşlığın qalibiyyət bəhrəsi kimi elan edilir və yola da artıq bu zəfərlə çıxılır.
Ərdoğan bildirib ki, artıq bir millət, üç dövlət demək vaxtıdır.
Anlaşmalar gərəyi Qarabağdan Kəşmirə qədər səmalar bizimdir prinsipi işə düşüb.
28 May günü baş verənlərin mahiyyəti bir ölkə üçün ayrıca bir mərhələ təşkil edir.
Bəllidir ki, Pakistan 20 milyard dollar dəyərində xarici borcu bu il ödəməlidir. Azərbaycan isə bu ölkəyə investisiya qoymaqla dar günündə dəstək olacaq. Əvəzində isə hərbi müdafiə sənayesi daha da modernləşməlidir.
Maraqlıdır ki, Pakistanın Azərbaycan-Türkiyə ittifaqına inteqrasiyası Banqladeşi həyəcanlandırıb və rəsmi olaraq bizim ansambla qoşulmağa müraciət etmək istəyirlər.
Pakistan rəhbərinin Qarabağa səfərinin alternativi kimi Azərbaycan bu ölkəyə ayırdığı 2 milyard dollarlıq kreditlə Cənubi Asiyada güclənməyə ilkin bir addım atdı.
Bu əlaqələr Azərbaycanı Qafqazda, Pakistanı isə Güney Asiyada gücünü daha da artıracaq.
Hindistana dair bir mənbə blef yazaraq açıqladı ki, Ermənistana 4 milyard dollar yardım edəcəklər.
Hindistan dərhal açıqladı ki, bu həftə Pəncab, Qucarat və Racastanda hərbi təlimlərə başlayacaq.
Əziz Əlibəyli,
politoloq
Əziz Əlibəyli,
politoloq