29.05.2025, 09:42
122 baxış
Lamiyə
Öküzün yaquarlara etdiyi hərəkət marağa SƏBƏB OLDU – VİDEO
Braziliyada nelor öküzü iki böyük yaquarı yoldan çıxarıb.
Medianews.az xəbər verir ki, hadisə bioloq Paula Oheda tərəfindən videoya çəkilib.
O, qeyri-adi mənzərə ilə bir qrup turisti Mato Qrosso-du-Sul əyalətindəki qoruqdan keçərkən qarşılaşıb.
Oheda iddia edir ki, öküzün yolunu Itapira və Formoso adlı yaquarlar keçib. "İtapira bu yaxınlarda baş vermiş meşə yanğını zamanı pəncələrini yandırıb. O, müalicədən sonra qoruğa buraxılıb", - bioloq izah edib.
O, həmçinin qeyd edib ki, pişiklər vərdiş effektinə görə hücum etməyiblər. Bu, heyvanların davamlı olaraq onlara məruz qaldıqda, təhlükəli olmayan stimullara tədricən daha az reaksiya verdiyi psixoloji təsirdir.
"Yaquarların öküzə hücum edəcəyini düşünmürdüm, çünki onlar təzəcə cütləşmişdilər. Mən digər yaquarlarda da oxşar vəziyyətlər görmüşəm. Amma öküz sadəcə irəliləməyə davam edib və o, onların üstünə qaçanda mən çox təəccübləndim", - Ojeda What's the Jam deyib.
Medianews.az
Paylaş: